Alimlər Fridenin qanında iki fərqli sinif neyrotoksinləri hədəfə alan geniş təsirli iki növ anticisim aşkarlayıblar. Daha sonra onlar üçüncü toksin sinfini hədəfə alan bir maddə əlavə ediblər və nəticədə yeni bir əleyhinə zəhər (antidot) yaradıblar.
Yeni hazırlanmış əleyhinə zəhər həmin 19 ilan növündən 13-nə qarşı effektiv olub: laboratoriya siçanlarına ölümcül dozada zəhər yeridilsə də, onlar sağ qalıblar. Qalan altı növə qarşı isə siçanlarda qismən immunitet formalaşıb.
Ölkə.az Lent.az-a istinadla bununla bağlı maraqlı məlumatları təqdim edir:
Tədqiqatçı Glenvill bildirib ki, indiyədək bu qədər geniş təsir dairəsinə malik heç bir dərman mövcud olmayıb. Onun fikrincə, bu antidot əsasən aspidlər fəsiləsinə daxil olan, indiyədək heç bir vasitənin təsir etmədiyi zəhərlərə qarşı effektivdir.
Zəhəri ölümcül olan ikinci əsas ilan ailəsi gürzələrdir (gadyukalar). Aspidlərin zəhəri neyrotoksinlərə əsaslanırsa, gürzələrin zəhəri hemostoksinlər üzərində qurulub. Ümumilikdə ilan zəhərlərində təxminən 10 fərqli toksin sinfi mövcuddur. Kolumbiya Universitetindən professor Piter Kvon, bu araşdırmada iştirak edən alim, bildirib:
“GÉ™lÉ™cÉ™k 10-15 ildÉ™ bu toksin siniflÉ™rinin hamısına qarşı effektiv müalicÉ™ vasitÉ™sinÉ™ sahib olacağımıza inanıram”.
O, əlavə edib:
“Tim-in hazırladığı anticisimlÉ™r hÉ™qiqÉ™tÉ™n qeyri-adi dÉ™rÉ™cÉ™dÉ™ tÉ™sirlidir: o, immun sisteminÉ™ toksinlÉ™rin geniÅŸ sinifini tanımağı öyrÉ™dib”. TÉ™dqiqatçılar sonda ya universal bir É™leyhinÉ™ zÉ™hÉ™r, ya da iki fÉ™rqli antidot – biri aspidlÉ™r üçün, digÉ™ri isÉ™ gürzÉ™lÉ™r üçün – yaratmağı hÉ™dÉ™flÉ™yirlÉ™r.
İlan sancmaları
Zəhərli ilanların sancmaları hər il 140 min insanın ölümünə, 400 mindən çox insanın isə əlil olmasına və ya amputasiyaya səbəb olur.