EN

Odessa və ətrafı Rusiya dronlarının hücumuna məruz qalıb

Ukraynanın Odessa şəhəri və Odessa vilayəti Rusiya Silahlı Qüvvələrinin Qara dəniz istiqamətindən buraxdığı kamikadze dronlarının hücumuna məruz qalır.

APA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

Məlumata görə, Odessada bir sıra mülki infrastruktur obyektlərinə ziyan dəyib. Hücum nəticəsində bir neçə fərdi yaşayış evi zədələnib, bəzi ərazilərdə yanğınlar baş verib. Ərazi üzrə axtarış-xilasetmə işləri zamanı evlərdən birində bir nəfərin meyiti aşkarlanıb.

Chosen
0
2
apa.az

3Sources