EN

İran XİN rəhbəri Hindistana səfər edəcək  

İran xarici işlər naziri Abbas Araqçi mayın 8-də Hindistana səfər edəcək.

Parol.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Xarici işlər naziri bu gün Pakistana səfəri zamanı pakistanlı həmkarı, Pakistanın Baş naziri və Prezidenti ilə görüşəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, İran XİN rəhbərinin Pakistana səfəri bu gün başa çatacaq. O, İran-Hindistan Birgə Komissiyasının iclasında iştirak etmək üçün mayın 8-də Hindistana səfər edəcək.


Chosen
0
6
parol.az

7Sources