EN

Ərdoğan və Tramp arasındakı danışığın detalları açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb. Metbuat.az xəbər verir ki, tərəflər Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə edib. Ərdoğan görüş zamanı Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib. Ərdoğan, Trampın müharibələrə son qoymaq yanaşmasını dəstəklədiyini ifadə edib. O, Trampın İranla aparılan danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərdiyi səyləri təqdir etdiyini bildirib.

Qəzzada humanitar böhrana diqqət çəkən Ərdoğan bildirib ki, Qəzzaya humanitar yardımlar fasiləsiz çatdırılmalı və bu faciəli humanitar dram sona çatmalıdır. Ərdoğan Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün dəstəy verməyə hazır olduğunu vurğulayıb. Tərəflər Suriya məsələsini də müzakirə ediblər. Ərdoğan Trampı Türkiyəyə səfərə dəvət edib.

Chosen
0
36
metbuat.az

10Sources