Prezident Ərdoğan ABŞ-lı həmkarı Trampla telefonla danışıb. Söhbət zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan söhbət əsnasında ABŞ prezidenti Trampı Türkiyəyə dəvət edib.
Türkiyə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyi İki prezidentin telefon danışığının təfərrüatlarını paylaşıb.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Görüş zamanı prezident Ərdoğan Türkiyənin ABŞ ilə bir çox sahədə, xüsusilə də müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəyini bildirib.
Dövlət başçımız ABŞ prezidenti Trampın müharibələrə son qoymağa yanaşmasını dəstəklədiyini, İranla danışıqlar prosesini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün göstərilən səyləri yüksək qiymətləndirdiyini bildirdi”.