EN

Böyük Britaniya AİB-i böhranlar qarşısında daha fəal olmağa çağırır

Milan. Trend:

Böyük Britaniya Asiya İnkişaf Bankından (AİB) böhranlar öncəsi -əvvəlcədən razılaşdırılmış maliyyələşdirmə, dayanıqlıinfrastruktura dəstək və xəstəliklərə nəzarət sistemi kimi dahafəal yanaşma görmək istəyir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirininverdiyi məlumata görə, bunu AİB-in Böyük Britaniya üzrəidarəedicisi Ketrin Uest bu gün AİB idarə heyəti şurasınınbiznes-sessiyasında çıxışı zamanı bildirib.

"Biz daha səmərəli, genişlənmiş və iqlim dəyişikliyi vəyoxsulluqla mübarizə üçün maliyyəni səfərbər etməyə, BMT-ninDayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişi sürətləndirməyəkömək edə bilən bir bank istəyirik. AİB artıq 2030-cu ilədək hər il10 milyard dollar maliyyə vəsaiti ayıran kapital adekvatlığınabaxış vasitəsilə innovativ yanaşma nümayiş etdirib", - Uest qeydedib.

Uest vurğulayıb ki, Böyük Britaniya bu əlavə vəsaitlərin yaxınillərdə istifadə edilməsinə dair iddialı planı alqışlayır:

"AİB-in liderliyini gücləndirmək və diqqətini müştərilərinəyönəltmək üçün biz bankın əvvəllər razılaşdırılmış məqsədlərinəsadiq qalaraq, özəl bazarlarla əlaqəsini artıracağını gözləyirik.AİB Rəhbərlər Şurası tərəfindən təsdiq edilmiş məqsədləri diqqətdəsaxlamalıdır".

Chosen
0
3
az.trend.az

4Sources