AZ

Böyük Britaniya AİB-i böhranlar qarşısında daha fəal olmağa çağırır

Böyük Britaniya Asiya İnkişaf Bankından (AİB) böhranlar öncəsi - əvvəlcədən razılaşdırılmış maliyyələşdirmə, dayanıqlı infrastruktura dəstək və xəstəliklərə nəzarət sistemi kimi daha fəal yanaşma görmək istəyir.

Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bunu AİB-in Böyük Britaniya üzrə idarəedicisi Ketrin Uest bu gün AİB idarə heyəti şurasının biznes-sessiyasında çıxışı zamanı bildirib.

"Biz daha səmərəli, genişlənmiş və iqlim dəyişikliyi və yoxsulluqla mübarizə üçün maliyyəni səfərbər etməyə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyişi sürətləndirməyə kömək edə bilən bir bank istəyirik. AİB artıq 2030-cu ilədək hər il 10 milyard dollar maliyyə vəsaiti ayıran kapital adekvatlığına baxış vasitəsilə innovativ yanaşma nümayiş etdirib", - Uest qeyd edib.

Uest vurğulayıb ki, Böyük Britaniya bu əlavə vəsaitlərin yaxın illərdə istifadə edilməsinə dair iddialı planı alqışlayır:

"AİB-in liderliyini gücləndirmək və diqqətini müştərilərinə yönəltmək üçün biz bankın əvvəllər razılaşdırılmış məqsədlərinə sadiq qalaraq, özəl bazarlarla əlaqəsini artıracağını gözləyirik. AİB Rəhbərlər Şurası tərəfindən təsdiq edilmiş məqsədləri diqqətdə saxlamalıdır".
Seçilən
0
3
sherg.az

4Mənbələr