EN

Skype-ın rəsmi olaraq fəaliyyəti dayandırıldı

BAKI, 5 may. TELEQRAF

Məşhur səsli və videozəng xidməti Skype rəsmi olaraq fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Microsoft şirkəti məlumat yayıb.

Şirkətin verdiyi açıqlamaya görə, mayın 5-dən etibarən Skype-a dəstək rəsmi olaraq dayandırılıb. Microsoft, istifadəçilərə alternativ olaraq Microsoft Teams platformasından istifadə etməyi tövsiyə edib. “Skype dəstəyi başa çatıb (...). Siz Microsoft Teams proqramından istifadə edərək kontaktlarınıza pulsuz mesaj göndərə və zəng edə bilərsiniz,” – deyə açıqlamada bildirilir.

Skype-ın bağlanacağı ilə bağlı ilkin xəbər fevral ayında yayılmışdı. Həmin vaxt Microsoft xidmətin may ayında dayandırılmasının planlaşdırıldığını açıqlamış, lakin dəqiq tarix bildirməmişdi. İndi isə rəsmi olaraq xidmətin dayandırıldığı təsdiqlənib.

Skype, illər boyu milyonlarla insan üçün onlayn ünsiyyət vasitəsi kimi önəmli rol oynayıb. Onun yerini artıq daha müasir və geniş imkanlara malik platformalar – xüsusilə Microsoft-un öz məhsulu olan Teams – tutmağa başlayıb.

Chosen
0
4
teleqraf.com

5Sources