ain.az, Gununsesi saytına istinadən bildirir.
Məşhur səsli və videozəng xidməti Skayp (Skype) rəsmi olaraq fəaliyyətini dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb.
Şirkətin verdiyi açıqlamaya görə, mayın 5-dən etibarən Skaypa dəstək rəsmi olaraq dayandırılıb. Şirkət istifadəçilərə alternativ olaraq “Microsoft Teams” platformasından istifadə etməyi tövsiyə edib”.
Qeyd edək ki, Skaypın bağlanacağı ilə bağlı ilkin xəbər fevral ayında yayılmışdı. Həmin vaxt “Microsoft” xidmətin may ayında dayandırılmasının planlaşdırıldığını açıqlamış, lakin dəqiq tarix bildirməmişdi. İndi isə rəsmi olaraq xidmətin dayandırıldığı təsdiqlənib.
Skayp uzun illər boyu milyonlarla insan üçün onlayn ünsiyyət vasitəsi kimi önəmli rol oynayıb. Onun yerini artıq daha müasir və geniş imkanlara malik platformalar, xüsusilə “Microsoft”un öz məhsulu olan “Teams” tutmağa başlayıb.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.