EN

"Barselona" açıqladı: Levandovski...

"Barselona" UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün yarımfinalında "İnter"lə cavab oyunu üçün iştirak ərizəsini dərc edib.

Publika.az xəbər verir ki, oyunçuların siyahısında zədə səbəbindən ilk oyunu buraxan polşalı hücumçu Robert Levandovski də var.

Qarşılaşma çərşənbə axşamı, mayın 6-da Milanda, "Cüzeppe Meatsa"da baş tutacaq. Start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

Xatırladaq ki, polşalı hücumçu La Liqanın “Selta” ilə oyununda (4:3 qələbə) zədələnərək meydanı erkən tərk edib. Ondan sonra oynamayıb.

Bu mövsüm Levandovski bütün turnirlərdə 45 oyun keçirib, 37 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
0
9
publika.az

10Sources