EN

Atasının yanında atasız qaldı - Xaçmazdakı ağır qəzanın təfərrüatı

Mayın 4-də Xaçmaz rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğlu Həsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlət qeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətində hərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindən yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər - T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

“Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkün olmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlış qərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayiş etdirir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır!”, - deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Chosen
0
6
modern.az

8Sources