AZ

Xaçmazda ağır qəza - Ölən və yaralananlar var (FOTO)

Bakı. Trend:

2025-ci ilin may ayının 4-də Xaçmaz rayonu ərazisində baş vermişyol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub, üç nəfərisə xəsarət alıb.

Trendxəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsiməlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakışəhər sakini, 1984-cü il təvəllüdlü Tərlan Əlifxan oğluHəsənbəyovun idarə etdiyi “Toyota” markalı, 10-TY-848 dövlətqeydiyyat nişanlı avtomobil rayonun Lecət kəndi istiqamətindəhərəkətdə olarkən yüksək sürət və kəskin manevr etmə səbəbindənyoldan çıxaraq aşıb.

"Nəticədə sürücü həyatını itirib, avtomobildə olan sərnişinlər -T. Həsənbəyovun azyaşlı oğlu, qayınanası və qayınatası müxtəlifdərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Düşdüyü qəzada atasını da itirən bir azyaşlı üçün bərpası mümkünolmayan itkilərə yol açan bu hadisə sükan arxasında verilən yanlışqərarların hansı faciələrə səbəb olduğunu növbəti dəfə nümayişetdirir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciətedərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərininvə doğmalarının həyat və sağlamlığını təhlükəyə atmamağaçağırır!",- deyə məlumatda qeyd edilib.

Xaçmazda
Xaçmazda
Seçilən
0
6
az.trend.az

8Mənbələr