EN

KOB-lar üçün 48 aya qədər ödəniş müddəti ilə kredit təklifi

Finss.az - "Prior Credit BOKT" ASC, kiçik və orta biznes (KOB) sahiblərinə dövriyyə vəsaitlərinin artırılması, əsas vəsaitlərin alınması və biznesin inkişaf etdirilməsi məqsədilə kredit imkanı təqdim edir.

Kredit Şərtləri:

  • Kredit məbləği: 15,001 AZN - 200,000 AZN
  • Müddət: 3 ay - 48 ay
  • Faiz dərəcəsi: 20%
  • Komissiya: Kreditin müddətindən asılı olmayaraq 1%
  • Cərimə: Əlavə 36% illik

Əlavə Tələblər:

  • Aylıq gəlirə dair tələb: Müştərinin biznesinin ona aid olduğunu sübut edən sənədlər və ya faktlar kredit komitəsinə təqdim edilməlidir.
  • Müştərinin biznesinin foto və video görüntüləri çəkilərək işə əlavə olunmalıdır (komitə üçün).
  • Maliyyə hesabatları: Balans hesabatı, gəlir və xərclər hesabatı tərtib edilməli və hər bir bəndi detallı şəkildə təhlil edilməlidir.
  • Potensial borcalanın fəaliyyəti, gəlir və xərcləri ətraflı şəkildə təhlil ediləcək və xalis gəliri müəyyənləşdiriləcək.

Bu kredit, sahibkarların bizneslərini böyütməyə və yeni vəsaitlərə ehtiyac duyduqları dövrlərdə maliyyə dəstəyi təmin edir. Müştərilər, həmçinin bizneslərini sənədləşdirərək kredit komitəsinə təqdim etməli və hərtərəfli maliyyə təhlilindən keçməlidirlər.

Ətraflı məlumat üçün keçid: //priorcredit.az/az/mehsullar/Kob-kredit

Fuad Mədətov
Finss.az

Chosen
0
fins.az

1Sources