"Deep state hələ də məğlub edilməyib. Biz ölkəmizin maraqlarını qoruyuruq. Əgər Tramp bunu bacararsa, biz bunu alqışlayacağıq. Bu, bizə də təsir edəcək. Heç kəsə, ölkə nə qədər böyük olsa da, Gürcüstanın maraqlarını tapdalamağa və bizi başqa dövlətlər kimi - məsələn, Ukrayna kimi - istifadə etməyə imkan verməyəcəyik", - deyə Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Kaladze əlavə edib ki, Gürcüstan ABŞ ilə münasibətlərin yaxşılaşmasına hazırdır: "Əvvəlki ABŞ administrasiyası ağ olanı qara kimi göstərirdi, yalan təbliğatı aparılırdı. Biz istəyirik ki, bu dövr bitsin və münasibətlər dostcasına, tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında qurulsun. ABŞ kimi böyük bir dövlətin kiçik, lakin böyük mədəniyyətə və ənənələrə sahib bir dövlətə yuxarıdan aşağı baxması qəbuledilməzdir."
Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il 30 noyabr tarixində Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlayıb. Bu qərar, Gürcüstanın baş naziri İrakli Kobaxidzənin ölkənin 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Avropa Birliyindən büdcə qrantlarını rədd etdiyini bildirməsindən sonra verilib. Kobaxidze bu addımı Avropa İttifaqının daimi təzyiqləri, parlamentin qəbul etdiyi qanunların ləğvini tələb etməsi və Gürcüstan hakimiyyətinə qarşı sanksiyalara çağırışlarla əsaslandırıb. Hökumətin bu qərarı ölkədə davam edən genişmiqyaslı etirazlara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31