Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi yenidən təşkil olunacaq.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görüləcək.