EN

NATO ölkələri ABŞ-ın hərbi əməliyyatlara qoyduğu məhdudiyyətlərdən narahatdır

NATO-nun şərq cinahında yerləşən ölkələr ABŞ-ın hərbi əməliyyatlarda qərar qəbul etmə hüquqlarını mümkün məhdudlaşdırmasından narahatdırlar.

Editor.az Newsweek-ə istinadla xəbər verir ki, bu barədə Baltikyanı ölkələrdəki mənbələr məlumat yayıb.

Nəşr qeyd edir ki, bu narahatlıq ABŞ-ın təchiz edilmiş silahların istifadəsinə potensial nəzarəti ilə bağlıdır. Adı açıqlanmayan ABŞ hərbi rəsmisi bu narahatlıqların doğruluğunu təsdiqləyib.

Jurnal həmçinin Mərkəzi Avropa ölkələrindən birinin nümayəndəsinə istinad edərək kənar nəzarət tələb etməyən və qərarların qəbulu prosesinə ABŞ kimi üçüncü tərəflərin müdaxiləsinə mane olan muxtar hərbi sistemlərin yaradılması üzərində işdən bəhs edir. Mənbə qeyd edir ki, bu tendensiya Avropa silah bazarında rəqabətin artmasına kömək edir.

“Öhdəliksiz” hərbi sistemlərin yaradılması istiqamətində iş gedir. Bu, ABŞ kimi avadanlığı istehsal edən ölkənin rəsmilərinin ölkələrin qərarlarına müdaxilə edə bilməsi ehtimalını aradan qaldırır”,- deyə bildirilib.

Onu da bildirilib ki, prezident Trampın gözlənilməz xarici siyasəti və NATO-nu tənqid etməsi ABŞ-ın Avropadakı müttəfiqlərini altıncı nəsil döyüş təyyarələri proqramlarını gücləndirməyə vadar edib.

//Gülnarə Abasova, Editor.az

Chosen
0
editor.az

1Sources