EN

Nazpəri Dostəliyeva: “Aristokrat adam geyimə qiymətindən də artıq pul verir” – VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva efir məkanını tənqid edib. 

Bizim.Media xəbər verir ki, “Tarixin bir günü”ndə qonaq olan sənətçi insanların Azərbaycan telekanallarını izləmədiyini deyib:

“Çox adam bunların çoxluğuna görə televiziya izləmir. Ya da Azərbaycan kanallarına baxmır. Neçəsə faizi belədir.

Çünki şou məkanındakı qalmaqallar, musiqi üstündəki müdaxilələr, münaqişələr, söz-söhbətlər, ailələrində baş verənləri ortaya qoymaqları... İnanın ki, bu, xalqı maraqlandırmır. İstər-istəməz xalqı maraqlandırmayan söhbətlərlə o müğənnicikləri “sırıyırlar”. 
 

Siz - aparıcılar nə deyirsinizsə, tamaşaçı sizi dinləyir. Məsuliyyət sizin boynunuzdadır. Bunu tamaşaçıya siz verirsiniz. Əlbəttə qeybət, xoşagəlməyən söhbətlərə də o xarakterdə olan insanlar meyl salır. Bu, o demək deyil ki, sənətkarların ifasını az adam dinləyir. Sadəcə sənətkarları dinləyən insanlar ziyalılar, dünyada başları hər şeydən çıxanlar, ailəsində, özündə əxlaqı, mənəviyyatı düzgün olanlardır. Onun sayı azdırsa... 


Deyirlər ki, dediqoduya çox qulaq asırlar, sənətkarlara yox. Bu sözün özü səhvdir. Məsələn, aristokrat adam özünə geyim alanda demir ki, 5 manat aşağı ver.

Çünki onda aristokrat ola bilməz. Əksinə aldığı geyimə qiymətindən artıq pul verir ki, əynində olacaq. Reytinq məsələsinə inanmıram. Bizim xalqımız musiqisevərdir, haqqı nahaqqa verməz, yaxşını pisdən ayıra biləndir. Buna əminəm”.


Sara, Bizim.Media

Chosen
0
bizim.media

1Sources