EN

Prezidentdən sosial xidmətlə bağlı MÜHÜM QƏRAR

Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1. Aşağıdakı məzmunda 9.0.3-1-ci maddə əlavə edilsin:

“9.0.3-1. sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;”.

2. 11-ci maddə üzrə:

2.1. 11.3-cü maddə üzrə:

2.1.1. birinci cümlədən “sonra” sözü çıxarılsın;

2.1.2. ikinci cümlə çıxarılsın;

2.2. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“11.4. Sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır.”.

3. 12-ci maddə üzrə:

3.1. 12.1-ci maddənin birinci cümləsindən “sonra” sözü çıxarılsın;

3.2. 12.3-cü maddəyə “götürülür” sözündən sonra “və 5 iş günü ərzində sosial işçi tərəfindən şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır” sözləri əlavə edilsin.

4. 19.1-ci maddədə “eyni yaşayış məntəqəsində” sözləri “Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə eyni inzibati ərazi dairəsində” sözləri ilə əvəz edilsin.

5. 20-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşdan yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir.”.

6. 23-cü maddə üzrə:

6.1. 23.0.4-cü maddədən “asudə vaxtlarının təşkilinə və” sözləri çıxarılsın;

6.2. aşağıdakı məzmunda 23.0.6-1-ci maddə əlavə edilsin:

“23.0.6-1. sosial-mədəni xidmətlər – şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtının səmərəli təşkilinə yönəlmişdir;”.

7. 25.4-cü maddəyə “xidmətlər” sözündən sonra “və dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətlər” sözləri əlavə edilsin.

8. 28-ci maddənin mətni 28.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 28.2-ci maddə əlavə edilsin:

“28.2. Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.


Telegram kanalımız
Chosen
0
yenisabah.az

1Sources