EN

Asiya İnkişaf Bankı ASEAN enerji şəbəkəsi layihəsinin gerçəkləşdirilməsinə 10 milyard dollara qədər vəsait ayırmağa hazırdır

Milan. Trend:

Asiya İnkişaf Bankı ASEAN Enerji şəbəkəsi layihəsiningerçəkləşdirilməsinə 10 milyard dollara yaxın vəsait ayırmağahazırdır.

Trend xəbər verirki, bunu AİB prezidenti Masaato Kanda Milanda keçirilən AİB İdarəheyəti şurası iclasının açılış mərasimində bildirib.

"Biz Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edəniqtisadiyyatlarının enerji sistemlərini modernləşdirən vəbirləşdirən ASEAN Enerji Şəbəkəsi kimi təşəbbüslər sayəsində enerjiinqilabının ön cəbhəsində dayanırıq. Asiya İnkişaf Bankı buideyanın gerçəkləşməsi üçün 10 milyard dollara qədər vəsaitayırmağa hazırdır", – deyə o vurğulayıb.

Kanda bildirib ki, bank davamlı infrastrukturun qurulmasına,ekosistemlərin bərpası və mühafizəsinə, eləcə də, daha ciddi iqlimvə ekoloji risklərə məruz qalan dünyaya uyğunlaşmaqda həssasicmalara dəstəyin artırılması istiqamətində investisiyalarıgenişləndirir.

"Biz rəqəmsallaşmaya aktiv şəkildə investisiya yatırırıq.Etibarlı, əlçatan və təhlükəsiz rəqəmsal xidmətlərə çıxış – yeniimkanların əsasını təşkil edir. AİB-in rəqəmsal texnologiyalarsahəsində dəstəyi milyonlarla insanın rəsmi maliyyə xidmətlərinəçıxış əldə etməsinə, ödəniş platformalarının modernləşdirilməsinəvə Sakit okean regionu ölkələrində və onun hüdudlarından kənardamilli rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqinə töhfə verir.

Bu, xərclərin azalmasına, şəffaflığın artmasına və etimadınmöhkəmlənməsinə səbəb olur", – deyə bankın prezidenti qeydedib.

Chosen
0
az.trend.az

1Sources