EN

"Qarabağ"ın futbolçusu mövsümün rekorduna imza atıb

"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.

XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.

O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.

Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.

Chosen
0
16
cbcsport.az

10Sources