"Qarabağ"ın futbolçusu Amil Rzayev Misli Premyer Liqasında 2024/2025 mövsümünün rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi mövsümün ən gənc futbolçusu olub.
O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. 2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Qeyd edək ki, “Qarabağ” “Sumqayıt”la ev oyununda 2:0 hesablı qələbə qazanıb.
Vaqif Cavadov: “Kim dedi ki, təslim olmuşduq?”
“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB
Emreli oynadı, komandası məğlub oldu
“Şəfa” - “Şahdağ Qusar” matçının hakimləri bəlli oldu
“Neftçi”nin heyətində ciddi itkilər