EN

Ohanyan: Hazırda Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil

BAKI, 5 may. TELEQRAF

İndiki şəraitdə Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçmentə getmək əvvəlcədən uğursuzluğa məhkumdur.

Teleqraf xəbər verir ki, bunu parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

“Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması üçün hüquqi-siyasi əsaslar var, amma həm də anlayırıq ki, impiçment belə kortəbii olmamalıdır. Onun əsasları ciddi hesablamalarla formalaşır. İkincisi isə üsyanda olan xalqın dəstəyi olmalıdır ki, impiçment baş tutsun və hakim siyasi qüvvənin deputatlarına təsir göstərə bilsinlər ki, nəhayət, bu impiçmentdə uğur qazansınlar”, - sabiq nazir bildirib.

Ohanyanın fikrincə, indi Paşinyanın impiçmen edilməsi üçün zəmin yoxdur, bu durumda irəli sürüləcək təşəbbüs əvvəlcədən uğursuzluğa məhkumdur:

“Baş nazir Nikol Paşinyana etimadsızlıq prosesinin əsasları olmalıdır və o əsaslar bu gün tam olaraq mövcud deyil. Bu şəraitdə bu addımların tam olaraq uğursuzluğa düçar olacağını düşünürəm”.

Chosen
0
teleqraf.com

1Sources