Amerikanın Qırmızı dəniz əməliyyatları ABŞ ictimaiyyətinin diqqət mərkəzindədir. Dinc əhalinin qırğınından başqa heç bir nəticə əldə edilməyən hücumların dəyərləndirilməsi gündəmdədir. Amma indiyədək heç vaxt müzakirə olunmayan yeni bir məsələ mətbuatın və qanunvericilərin diqqətini çəkir:” ABŞ-ın nə qədər əsgəri öldürülüb və yaralanıb?” Vaşinqton administrasiyasının Yəmənə davamlı hücumları Ənsarullah qüvvələrini (Husilər) dayandırmaq üçün yetərli olmamamaqla yanaşı, həm də ABŞ daxilində getdikcə daha tez-tez sorğulanır. Diqqəttəəccüblü şəkildə Amerika ordusunun bu prosesdə verə biləcəyi hərbi itkilərə doğru yönəlməyə başlayıb. Digər bir məsələ isə ictimaiyyətə açıqlanmayan xərclərdir. ABŞ-da yerləşən qeyri-kommersiya xəbər təşkilatı The Intercept-in məlumatına görə, prezident Donald Tramp Yəmənə qarşı "elan edilməmiş müharibəsi" ilə bağlı bütün cəsarətli bəyanatlarına baxmayaraq, münaqişənin dəyəri ilə bağlı "Amerika xalqı ilə açıq danışmaq istəmir".
ÜÇ SƏSSİZ QURUM
Nəşr qeyd edir ki, Mərkəzi Komandanlıq (CENTCOM), Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Ev Qırmızı dəniz münaqişəsində ABŞ-ın itkilərinin sayını gizli saxlayır. Bunun "ört-basdır edilməyə bərabər" olduğunu qeyd edən The Intercept qeyd edir ki, Müdafiə NazirliyindənABŞ qüvvələrinin Ənsarullaha qarşı hücumda verdiyi itkilərin sayını öyrənmək istənildikdə, Pentaqon bu rəqəmi açıqlamaqdan imtina etdi. "Biz sizi CENTCOM-a yönləndiririk" deyə adı açıqlanmayan bir məmur e-poçt ünvanından nəşrəyazdı. The InterceptPentaqonun tövsiyəsi ilə CENTCOM ilə əlaqə saxlayib, lakin onlar da məsuliyyəti öz üzərlərinə götürməkdən imtina etdilər və bu dəfə nəşrə “Sizi Ağ Evə yönləndiririk” dedilər. Son dayanacaq olan Ağ Evin mətbuat katibinin müavini Teylor Rocers isə dəfələrlə ona edilən müraciətlərə biganə qaldı. The Intercept isə hesab edir ki: "Bu standart əməliyyat proseduru deyil."
Surxay Əliyev