EN

Mətbuat katibi işdən çıxdı » AzadMedia.az


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov öz ərizəsi ilə vəzifəsindən ayrılıb. 

Rəşad Nəsirov məlumatı Konkret.az-a açıqlamasında təsdiqləyib.

Xatırladaq ki, Əməkdar jurnalist bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi.

R.Nəsirov 1997-ci ildən 2001-ci ilə kimi ANS TV-də, 2002-2005-ci illərdə “Lider” TV-də aparıcı-redaktor vəzifələrində çalışıb.
2005-ci ildən İctimai Televiza və Radio Yayımları Şirkətinin İnformasiya departamentində işləyib.
2010-cu ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də baş redaktor vəzifəsində çalışıb.
2015-2023-cü illərdə AzTV-də sədr müavini işləyib.
Chosen
0
2
azadmedia.az

3Sources