EN

Xuramanla Şəbnəm arasında QALMAQAL: “Keyfiyyət başqadır, gündəmdə olmaq başqa” – VİDEO

Müğənni Xuraman Şuşalı həmkarı Şəbnəm Tovuzlu haqqında qalmaqallı açıqlama verib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, “Rəngarəng”də danışıb. 

Aparıcı Zaur Kamalın “Şəbnəm zirvədədir, siz niyə o zirvədə yoxsunuz” sualına qəzəblənən Xuraman bunları söyləyib:
 

“Zirvə nəyi deyirsən? Toyu deyirsən? Toyda verilən pulu, qazancı deyirsən? Şəbnəm xanımın hansı PR-dan, hansı möhtəşəm klipindən danışırsan? Hansı proyekt kimi görülən işindən bəhs edirsən? İndi Şəbnəmlə qalmaqala getdik... Reallıqdan danışırıqsa, keyfiyyət başqa şeydir, gündəm başqa...  


Zaur, keçək özümüzdən danışaq. Mənim mahnıya verməyə 10 min manatım yoxdur.  O qədər qazanmıram ki, verim. Uzağı mahnıya 2-3 min manat verərəm. Ruzini verən Allahdır, gün doğmadan nələr doğar. Hər halımdan məmnunam. Çox məmnun olmasaydım, bu gün burada olmazdım. Ruhumun rahatlığını istəyirəm”.


Sara, Bizim.Media

Chosen
0
bizim.media

1Sources