EN

Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın

Bakı. Trend:

Özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçünəlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesinİnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyiilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstəkgöstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramıniştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirməkistəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonundafəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edəbilərlər.

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir.Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşlarınməlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması vəməşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur,namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərintəlimlərində və onlara aktivlərin verilməsində iştirak edir.Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuşvə müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinininkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesinplanlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdəxidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, 2019-2024-cü illərdə 800-dək vətəndaşözünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın müxtəlif dəstəkvə xidmətlərindən yararlanıb.

Məqalədə:
Chosen
0
8
az.trend.az

9Sources