EN

60 il əvvəl itkin düşən qadın sağ tapıldı

ABŞ-nin Viskonsin ştatında 1962-ci ildə itkin düşən 20 yaşlı Odri Bakberq, 82 yaşında başqa bir ştatda sağ tapılıb.

Busaat.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Polisin açıqlamasına görə, qadın könüllü şəkildə yoxa çıxıb və hər hansı cinayət izinə rast gəlinməyib.

Bakberqin ailə zorakılığı səbəbilə evdən getdiyi, anası və iki övladını geridə qoyduğu bildirilir. Onun izinə genetik araşdırma platforması vasitəsilə düşülüb. Detektivlə danışan qadın, peşman olmadığını və həyatını davam etdirdiyini bildirib.

Aqil Nuriyev

Busaat.az

Chosen
0
busaat.az

1Sources