EN

Məhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirilib

Bakı. Trend:

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindənişğal olunması ilə bağlı vidematerial nümayiş etdirilib.

Trend xəbərverir ki, 1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmışvidematerialda Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksinitapır. Videoda bir erməni hərbçi digərinə, “Aşot, gör necə yanır”deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş şəxs Camal Məmmədov Laçın rayonunun Cicimli kəndsakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan silahlıqüvvələri tərəfindən işğal edildiyini bildirib. O, atası MehtiMəmmədovun 1989-cu il avqustun 12-də erməni hərbçiləri tərəfindənöldürüldüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə,atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

Zərərçəkmiş şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonununCağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını bildirib. Oda yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan silahlıqüvvələri tərəfindən silahlı hücum edilməklə işğal olunduğunubildirib. Zərərçəkmiş şəxs kəndin Ermənistanla sərhəddəyerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorusrayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşətutulduğunu da deyib: “1992-ci ilin mayın 8-dək ermənilərinhücumunda bir pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlarvahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”,“Alazan” raketlərindən, uzaqvuran toplardan istifadəedirdilər”.

A.İbrahimov bildirib ki, Cağazur kəndində altı otaqdan ibarətikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçıtikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzluheyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni,ona böyük zərər dəyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Chosen
0
34
az.trend.az

8Sources