EN

Kadırovon səhhəti pisləşir və oğlunu varis təyin etmək istəyir - KİV

Çeçenistan lideri Ramzan Kadırovun səhhəti getdikcə pisləşir və o, öz yerinə varis hazırlayır.

Missiya.Az “Novaya qazeta Avropa”ya istinadən xəbər verir ki, Kadırov öz yerinə oğlu Adəm Kadırovu təyin etmək niyyətindədir.

Bildirilib ki, Çeçenistan lideri fevral ayından bəri Aimedidə çox vaxt keçirir, nadir hallarda ictimaiyyət qarşısına çıxır və yalnız tibbi helikopterlə səyahət edir. 

Məlumata görə, onun ictimai fəaliyyəti sosial şəbəkələrdəki yazılarla məhdudlaşır və liderin funksiyalarını Baş nazir Maqomed Daudov yerinə yetirir.

Qeyd olunub ki, Kadırovun indi əsas vəzifəsi Rusiya Prezidenti Vladimir Putindən zəmanət alaraq təhlükəsizlik qüvvələri və biznes üzərində ailə nəzarətini saxlamaqdır.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
0
2
missiya.az

3Sources