Meksikanın Çiapas bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xəbərinə görə, bu barədə Alman Yer Elmləri Araşdırma Mərkəzi (GFZ) bildirib.
Məlumata əsasən, yeraltı təkanlar 269 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda dağıntı və ya xəsarət barədə məlumat verilməyib.