EN

Qardaş ölkədə müharibə başlayır? - AÇIQLAMA

"Pakistan və Hindistan arasında baş verən son qarşıdurma müharibə səviyyəsinə çata bilməz. Çünki bundan əvvəl də dəfələrlə oxşar gərginliklər yaşanıb və iki dəfə genişmiqyaslı müharibə baş verib. Hər iki halda həm Hindistan, həm də Pakistan üçün ciddi nəticələr ortaya çıxıb. Mən düşünürəm ki, bu ölkələrin nüvə silahına sahib olması onların bir-birinə qarşı ehtiyatlı mövqe tutmasına səbəb ola bilər".


Bu sözləri Manset.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bildirib ki, iki ölkə arasındakı gərginliyin əsas səbəbi Kəşmir məsələsidir, lakin ümumilikdə problem suların və çayların bölüşdürülməsi məsələsi ilə də bağlıdır:

"Beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə ciddi təzyiqlər və reaksiyalar müşahidə olunur və artıq bir sıra çağırışlar da səsləndirilib.

Məsələnin digər bir mühüm tərəfi isə Çinin bu münaqişəyə müdaxilə etməyə başlamasıdır. Çin bu sahədə təsir imkanlarını artırmağa çalışır və bu da müəyyən mənada münaqişənin həlli prosesinə təkan verə bilər.

Mövcud vəziyyətdə Hindistan və Pakistan arasında baş verə biləcək qarşıdurma insan tələfatına və infrastrukturun zədələnməsinə səbəb ola bilər. Lakin ehtimal ki, bu qarşıdurma genişmiqyaslı müharibəyə çevrilməyəcək. Çünki bu cür bir münaqişə təkcə region üçün deyil, həm də beynəlxalq sistem üçün böyük təhlükə yaradar. Bu baxımdan böyük ehtimalla gərginlik daha da dərinləşməyəcək".


Seyranə Quliyeva

Chosen
0
manset.az

1Sources