Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazının idxalından tamamilə imtina etməyi planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə Aİ-nin gələcək strategiyasının təfərrüatlarını öyrənən Bloomberg agentliyi məlumat yayıb.
Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının - həm boru kəməri, həm də mayeləşdirilmiş qazın idxalına tam qadağa qoymağa hazırlaşır.
Nəşrin təklifin təfərrüatları ilə tanış olan mənbələrinə görə, müvafiq təşəbbüsün rəsmi olaraq iyun ayında təqdim edilməsi planlaşdırılır.
QAZİLER.AZ