EN

Şon Penn: “Tramp dünyanı məhv edə bilər”

Amerikalı aktyor və ictimai fəal Şon Penn ABŞ Prezidenti Donald Trampın siyasətinə dair sərt açıqlama verib.

O, Trampın davranışlarını təhlükəli hesab etdiyini və bu siyasətin dünyanı məhvə apara biləcəyini bildirib.

Tribunainfo.az xəbər verir ki, aktor bu fikirlərini CNN jurnalisti Cim Akostanın podkastında səsləndirib. Trampı təhlil edərkən Şon Penn onu belə bir metafora ilə xarakterizə edib:

“Məncə, Tramp elə bir həyat yoldaşını xatırladır ki, qadını onu tərk edir – ola bilər ki, başqa bir kişiyə görə – və o da əvvəlki partnyoru öldürür. Çünki əgər qadın ona qalmayacaqsa, heç kimə də qalmasın. Mənə görə, Trampın dünyaya yanaşması da eynilə belədir.”
Penn Trampın “güc nümayişi ilə dağıdıcı qərarlar verməyə meylli” olduğunu deyib və əlavə edib ki, bu, həm şou, həm də onun düşüncəsindəki “son çıxış yolu”dur.

Eyni podkastda iştirak edən ABŞ Konqresmeni Erik Svolvell də Trampın potensial davranışları ilə bağlı narahatlığını ifadə edib:

“Əgər o (Tramp) hiss etsə ki, onu qoruyan yoxdur, siz onun bu ölkəyə qarşı özünü müdafiə məqsədilə daha da sərt addımlar atdığını görə bilərsiniz.”
Şon Penn uzun müddətdir ki, Ukraynanı dəstəklədiyini açıq şəkildə bildirir və Rusiya təcavüzünə qarşı sərt mövqe sərgiləyir. Bu açıqlamaları isə Trampın xarici və daxili siyasətinə qarşı artan narahatlığın bir göstəricisi kimi dəyərləndirilir.

İmran Kərimli

Chosen
0
50
tribunainfo.az

10Sources