EN

Tramp yeni təhlükəsizlik müşaviri seçəcək

ABŞ Prezidenti Donald Tramp altı ay ərzində yeni milli təhlükəsizlik müşaviri təyin etməyi planlaşdırdığını bildirib.

 

Sfera.az  “İnterfaks”-a istinadən xəbər verir ki, Ağ Ev Baş Qərargah rəisinin müavini və Trampın daxili təhlükəsizlik üzrə müşaviri Stiven Millerin bu vəzifəyə əsas namizəd olub-olmaması ilə bağlı suala prezident belə cavab verib:

 

"O, artıq dolayı yolla bu vəzifəyə malikdir. Çünki onun çox şey haqqında deyəcək fikirləri var. Stiven Miller administrasiyada çox dəyərli şəxsdir”.

 

O vurğulayıb ki, milli təhlükəsizlik üzrə müşaviri Mayk Valtsın istefa etməyib. ABŞ-nin BMT-dəki səfiri kimi daha yüksək vəzifəyə təyin edilib. Valsın getməsindən sonra ABŞ dövlət katibi Marko Rubio milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinin icrasına başlayıb.

 

Fidan Hacızadə

Sfera.az

Chosen
0
sfera.az

1Sources