Sportinfo.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian övladları ilə birlikdə “Traktor”un tarixi uğurunu qeyd edib.
Sosial mediadakı paylaşımdan görünür ki, Təbrizdə anadan olmuş Məsud Pezeşkian doğma klubun qələbəsinə hər bir sadə azərbaycanlı kimi sevinir.
Çəkilən şəkildə mənzilin şarlarla bəzədilməsi, divardan “Traktor” yazılmış şarfın asılması, həmçinin Təbriz klubunun adının da olduğu tortun olması ailənin hansı kluba azarkeşlik etdiyini göstərir. İstisna deyil ki, eyni vaxtda həm də uşaqlardan birinin ad günü olub.
İstənilən halda bu foto İran tarixində bir ilkdir və azərbaycanlıları qürurlandırır.
Təbriz klubu yarandığı 55 illik tarixdə ilk dəfə İran çempionu olub.