Bakı. Trend:
Bəzi çaylarda sululuq artıb.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindənməlumat verilib.
Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 5-i saat9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Belə ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 43 sm,Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 4 sm,Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axanLənkərançay-Sifidorda 33 sm, Təngərüdçay-Vaqoda 18 sm, Qarabağ vəŞərqi-Zəngəzur bölgəsindən axan Oxçuçay-Bürünlüdə 21 sm,Quruçay-Böyük Tağlarda 9 sm, Tutqunçay-Comərd vəBərgüşadçay-Əliquluuşağıda 8 sm, Həkəriçay-Balasoltanlıda 3 smartım qeydə alınıb.
Transsərhədd çaylarında Kür -Qıraqkəsəmən məntəqəsində suyunsəviyyəsi 3 sm, su sərfi 720 m3/san normanın 100%-ni, Qanıx-Cəlayirməntəqəsində suyun səviyyəsi 19 sm, su sərfi 200 m3/san normanın101%-ni təşkil edir.