Demokrat.az xəbər verir ki, müşavirə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Tədbirdən öncə Ümummilli liderin şəhərin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Sonra müşavirə iştirakçıları və qonaqlar Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı fotosərgi və Ulu öndərə həsr edilən kitablardan ibarət ekspozisiya stendləri ilə tanış olublar.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndərin zəngin dövlətçilik irsindən söz açıb, dahi siyasətçinin mədəniyyətimizi milli kimliyimizin təməl daşı kimi dəyərləndirdiyini vurğulayıblar.
Qeyd olunub ki, Ulu öndərin mədəniyyət sahəsinin inkişafı ilə bağlı uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mədəni irsi beynəlxalq təşkilatlarda tanınıb, ölkəmiz mədəniyyətlərarası dioloq və əməkdaşlıq məkanına çevrilib.
Heydər Əliyev Mərkəzində Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova mərkəzin fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib.
Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva Ulu öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüb.
Sonra səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif olunub.
Proqram çərçivəsində həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ümummilli liderə həsr olunan “İz” sənədli filmi nümayiş etdirilib, musiqili proqram təqdim edilib.
7Sources
-
manset.azMingəçevirdə respublika müşavirəsi keçirildi - FOTOLAR ( 16990760)
-
1news.azÜmummilli liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib - FOTO ( 16983779)
-
publika.azHeydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirildi ( 16983275)
-
xalqqazeti.azÜmummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib ( 16982237)
-
azertag.azÜmummilli Liderin anadan olmasının 102-ci ildönümü münasibətilə respublika müşavirəsi keçirilib ( 16982000)
-
demokrat.azÜmummilli liderin anadan olması münasibətilə respublika müşavirəsi keçirildi ( 16980566)
-
teleqraf.comÜmummilli liderin anadan olması münasibətilə respublika müşavirəsi keçirildi ( 16980215)