2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrdən 521 min 450 ABŞ dolları dəyərində 4 min 915 baş diri qoyun idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 505 min 510 dollar və ya 32,7 dəfə, miqdar baxımından isə 4 min 745 ədəd və ya 28,9 dəfə çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında 15 min 940 dollar dəyərində 170 ədəd qoyun gətirlib.
1 ədəd qoyunun orta ixal qiyməti 202-ci ilin 2 ayına görə 106 dollar (180manat) olub ki, bu illik müqayisədə 12 dollar (21manat) və ya 13% bahalaşma deməkdir.
Qeyd edək ki, ötən ilin eyni dövründə 1 ədəd qoyunun orta idxal qiyməti 94 dollar (159 manat) təşkil edib.