EN

ABŞ dövlət katibi Pakistan və Hindistanı əməkdaşlığa çağırıb  

ABŞ dövlət katibi Marko Rubio Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankarla telefonla danışıb.

Parol.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.

Məlumata görə, Rubio telefon danışıqları zamanı Pakistanın baş naziri Şərif və hindistanlı həmkarı Caişankarı əməkdaşlığa çağırıb.

Rubio ABŞ tərəfinin Hindistanla terrorla mübarizə sahəsində əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.

Chosen
0
2
parol.az

3Sources