EN

Ərəbistan klubu Asiya Çempionlar Liqasının qalibi oldu

Asiya Çempionlar Liqasında 2024/25 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, finalda Səudiyyə Ərəbistanı klubu “Əl-Əhli” Yaponiya təmsilçisi “Kavasaki” ilə qarşılaşıb.

Matç Qətərin Ciddə şəhərindəki “King Abdullah Sports Siti” stadionunda keçirilib.

Həlledici görüşdə “Əl-Əhli” 2:0 hesablı qələbə qazanıb.

Beləliklə, Səudiyyə Ərəbistanı təmsilçisi turnirin qalibi olub. Bu, “Əl-Əhli”nin bu turnirdə ilk qələbəsi olub.

Chosen
0
6
sportinfo.az

10Sources