“Report” xəbər verir ki, bu barədə Amerika lideri NBC News telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, biz heç vaxt bu nöqtəyə çatmayacağıq”, – o, Kanadanın ABŞ-yə güc yolu ilə birləşdirilməsi imkanı ilə bağlı suala cavab verib. “Qrenlandiya ilə bağlı nəsə baş verə bilər, səmimi olacağam, o bizə həm milli, həm də beynəlxalq təhlükəsizlik üçün lazımdır, bununla yanaşı düşünürəm ki, Qrenlandiya məsələsinin güc yolu ilə həlli son dərəcə az ehtimallıdır. Kanada ilə bağlı mən bunu qətiyyən görmürəm”.