AZ

Donald Tramp: İrana dedim ki, sizi xoşbəxt edə bilərəm

BAKI, 16 may. TELEQRAF

İran Amerika ilə ticarət əlaqələrini bərpa etməkdə maraqlıdır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İran bizimlə ticarət etmək istəyir, buna etiraz etmirəm. Mən ticarətdən münaqişələrin həlli və sülhün bərqərar olması üçün istifadə edirəm”, - dövlət başçısı “Fox News” telekanalına müsahibəsində bildirib.

Amerika lideri yeni razılaşmanın mümkünlüyünə eyham vurub:

“Mən İrana dedim: biz razılaşacağıq və siz həqiqətən bundan çox xoşbəxt olacaqsınız”.

Donald Tramp potensial razılaşmaların təfərrüatlarını açıqlamayıb, amma iqtisadi rıçaqlardan (sanksiya) diplomatiya aləti kimi istifadə etməyə hazır olduğunu vurğulayıb.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr