EN

Moskvada yerləşən çoxmərtəbəli binada partlayış olub - VİDEO

Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, partlayış güclü yanğına səbəb olub. İlkin məlumata görə, 10-dan çox insan xəsarət alıb. Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, General Tyulenev küçəsində yaşayış binasının 9-cu mərtəbəsi yanır.

Partlayışdan sonra üst mərtəbədə yanğın baş verib. Yanğınsöndürmə və xilasetmə bölmələri insanları xilas edir, yanğının mənbəyini müəyyənləşdirir.

Partlayışın ilkin səbəbinin qaz sızması olduğu ehtimal olunur.

Chosen
0
3
apa.az

10Sources