Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov “Nebras Power” şirkətinin idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Dohadakı diplomatik missiyasının sosial şəbəkə hesabında
“Cənab Mohammed Nasser Al-Hajri, “Nebras Power” idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru ilə səmərəli görüş keçirdim”, – mətbuat xidməti azərbaycanlı diplomatdan sitat gətirib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə “Nebras Power” arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.