EN

Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO


Türkiyənin ana müxalifət partiyasının lideri Özgür Özəl bazar günü İstanbulda anım mərasimini tərk edərkən hücuma məruz qalıb. Bu barədə AP agentliyinə istinadla "European Pravda" yazır. Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edən Özəl şəhərin mərkəzindəki Atatürk Mədəniyyət Mərkəzindən çıxarkən ağ saçlı bir kişi ona yaxınlaşaraq sifətinə zərbə endirib. İstanbul prokurorluğundan bildirilib ki, şübhəli şəxs saxlanılıb. Özəl özü isə xəsarət almayıb. Baş verən hadisə Türkiyədə siyasətçilərin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

2019-cu ildə Özəl-in sələfi CHP lideri Kamal Kılıçdaroğlu da Ankara vilayətində əsgərin dəfn mərasimi zamanı hücuma məruz qalmışdı. Türkiyə son vaxtlar müxalif İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra müxalifətə qarşı repressiyaları gücləndirib. Bundan əvvəl Türkiyədə İmamoğlunun həbsi ilə bağlı etirazları işıqlandırdığına görə dörd telekanalın fəaliyyəti qadağan edilmiş, BBC-nin jurnalisti isə ölkədən qovulmuşdu.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources