“Report” xəbər verir ki, bu barədə Zelenski teleqramda yazıb.
O, Çexiyaya prinsipial dəstəyinə və iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə görə təşəkkür edib. O qeyd edib ki, Çexiyanın artilleriya təşəbbüsü səmərəli olub və bu əməkdaşlıq davam etdiriləcək.
“Əməkdaşlığın ayrı bir istiqaməti hərbi aviasiyamızın inkişafı, pilotlar üçün təlim proqramlarının genişləndirilməsi və F-16 donanmamızın təmin edilməsidir. Çexiya və aviasiya koalisiyasının digər iştirakçıları ilə birlikdə Ukrayna üçün yaxşı xəbərlər hazırlayırıq”, – Ukrayna lideri söyləyib.