AZ

İstanbul danışıqlarının niyə nəticəsiz başa çatdığı məlum oldu


İstanbulda keçirilən Ukrayna–Rusiya sülh danışıqları Rusiya tərəfinin yeni tələbləri səbəbindən nəticəsiz başa çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə adını açıqlamayan Ukraynalı diplomat məlumat verib.
Bildirilib ki, Rusiya Ukraynadan Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrindən çıxmasını və bu ərazilərin Rusiyaya məxsus olduğunu tanımasını tələb edib. Ukrayna bu şərtləri qəti şəkildə rədd edib və bildirib ki, Moskva sülhə yox, vaxt qazanmağa çalışır.
Rusiya həmçinin Ukraynanın neytral ölkə olmasını, kütləvi qırğın silahları saxlamamasını və xarici qoşunların ölkəyə yerləşdirilməməsini istəyib. Rəsmi Kiyev bu şərtləri qəbulolunmaz sayır.
Ukrayna rəsmilərinin sözlərinə görə, bu tələblər əvvəlcədən razılaşdırılmış ABŞ layihəsində yer almayıb və sonradan Rusiyanın təşəbbüsü ilə danışıqlara daxil edilib.
Danışıqlardan sonra Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.
Seçilən
0
50
yeniavaz.com

10Mənbələr