EN

Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı


Benyamin NetanyahuAzərbaycana planlaşdırılan səfərini “Qəzza zolağı və Suriyadakı regional problemlər” üzündən deyil, Türkiyənin İsrailin 1 nömrəli uçuş məkanı “Sion Wing”in öz hava məkanından istifadə etməsinə icazə vermədiyi üçün təxirə salmaq məcburiyyətində qaldı. Baş nazirlik İsrail nümayəndə heyətini alternativ marşrutla, Yunanıstan və Bolqarıstandan keçməklə Bakıya göndərmək imkanını nəzərdən keçirib, lakin uçuş müddəti demək olar ki, iki dəfə artacağından bunu etməmək qərarına gəlib. İsrail mətbuatı xatırladır ki, Bakıda İsrail liderini iki əsas məsələ maraqlandırırdı:AzərbaycanınABŞ-ın vasitəçiliyi ilə möhürlənmiş “İbrahim razılaşmaları”na qoşulması və Suriyadakı vəziyyətlə bağlı Bakının bu sahədə Qüdslə Ankara arasında vasitəçiliyi... Bundan öncə mart ayındaAzərbaycanda yəhudi dövlətinin Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbinin başçılıq etdiyi İsrail nümayəndələri ilə Türkiyə təmsilçiləri arasında “böhranın eskalasiyasının qarşısını almaq” məqsədi ilə görüş keçirilmişdi. Yeri gəlmişkən, həmin vaxt da Bakıya uçan İsrail nümayəndə heyətiAnkaranın hava məkanı üzərindən yox, Yunanıstan və Bolqarıstandan keçməklə, daha uzun bir marşrutla - uçmağa məcbur olmuşdu. Türkiyə mətbuatının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keceli bir daha İsrail təyyarələri üçünhava məkanı qadağasını heç bir istisnasız olaraq təsdiqləyib.

Surxay Əliyev

Chosen
0
baki-xeber.com

1Sources