Bakı, 4 May, AZƏRTAC
Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sabah” və “Neftçi” komandaları raundun ikinci matçında qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş gərgin və maraqlı alınıb.
Qarşılıqlı hücumlar şəraitində baş tutan matç "tələbələr"in 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk görüşdə də Rimas Kurtinaytisin kollektivi 94:89 hesablı qalibiyyət əldə etmişdi.
Final seriyasında 4 qələbə qazanan komanda qızıl medalların sahibi olacaq. Digər oyunlar 6 və 8 mayda baş tutacaq.