EN

Basketbol Liqası: “Sabah” “Neftçi”ni ikinci oyunda da məğlub etdi

Azərbaycan Basketbol Liqasının final seriyasında “Neftçi” və “Sabah” komandaları arasında ikinci oyun keçirilib.
 
Moderator.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan görüş “bayquşlar”ın qələbəsi ilə yekunlaşıb - 86:77.
 
İlk matçda "Sabah" "Neftçi"ni 94:89 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, həlledici seriyada 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki görüş 6 və 8 mayda baş tutacaq.
Chosen
0
1
moderator.az

10Sources